Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Futbolçunun topuğu qırıldı - VİDEO

5 ay yaşıl meydanlardan uzaq qalacaq.
“Barselona”nın müdafiəçisi Aleyks Vidal dünən “Alaves”lə La Liqanın 22-c turunun oyununda ağır zədə alıb.
 
85-ci dəqiqədə rəqiblə mübarizə zamanı onun topuğu qırılıb. Futbolçu dərhal xəstəxanaya aparılıb. Onun yaxın vaxtlarda əməliyyat olunacağı gözlənilir.
 
Kataloniya klubunun saytı bildirib ki, aldığı ciddi zədə səbəbindən Vidal 5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...