Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün “Qəbələ” növbəti oyununa çıxır

“Qəbələ” komandası bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Mynews.az Report-a istinadən xəbər verir ki, rəqib Yunanıstan “Panatinaikos”u olacaq.

Afinadakı “Apostolos Nikolaidis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyunu Xuan Martines Munueranın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək.

Bu komandalar 2015-2016 mövsümündə Avroliqanın “play-off” mərhələsində üz-üzə gəliblər. Həmin vaxt “Qəbələ” səfər qolları sayəsində (0:0, 2:2) tarixində ilk dəfə qrup mərhələsinə adlayıb.

“Qəbələ” bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Polşa “Yagelloniya”sını mübarizədən kənarlaşdırıb - 1:1, 2:0. Bundan sonra Bakıya qayıtmayan “qırmızı-qaralar” əvvəlcə Varşavada, sonra isə Afinada hazırlıq keçib. “Panatinaikos” isə mübarizəyə elə III təsnifat mərhələsindən başlayacaq.

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyun

27 iyul

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 3-də Bakıda, “Bakcell Arena”da keçiriləcək.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...