Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Barselona”nın məşqində qalmaqal - Neymarla Nelson Semedu əlbəyaxa dalaşdı - - VİDEO

“Barselona”nın son məşqində qalmaqal baş verib.

 Neymarla Nelson Semedu arasında gərginlik yaşanıb. “As” qəzeti yazır ki, Neymar Semedunun topa oynayarkən onun ayağına kobud şəkildə müdaxiləsinə sərt reaksiya verib.

Bu zaman braziliyalı hücumçu portuqaliyalı müdafiəçinin üzərinə hücum edərək ona yumruqla zərbə endirmək istəyib. Amma “Barselona”lı futbolçular əlbəyaxa davanın olmasına imkan verməyiblər.

Qeyd edək ki, son günlər Neymarın “Barselona”nı tərk edərək PSJ-yə keçəcəyi iddia olunur.

a24.az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...