Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qurban Qurbanov püşkdən danışdı: Vaxtımız azdır

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan, “Kopenhagen” də istisna deyildi”.

Mynews.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının “play-off” mərhələsinin püşkatmasına münasibət bildirib. O, klubunun rəsmi saytına istinadən bildirib ki, mərasimdə bəxtlərinə düşən Danimarkanın “Kopenhagen” klubu ilə şanslarını dəyərləndirməyə çalışacaqlar: “Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...