Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qalatasaray”ın baş məşqçisi istefaya göndərilib - VİDEO

“Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.

Mynews.az CNN-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.

Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...