Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AFFA-nın əməkdaşı FIFA-nın tədbirində iştirak edir

Qətərin paytaxtı Dohada “FIFA Executive Football Summit” adlı tədbir keçirilir.

Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, FIFA-nın prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə “FIFA 2.0 – The Vision for the Future” strategiyası, “Forward” Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunur.

Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibinin müavini Sərxan Hacıyev təmsil edir.

Fevralın 14-də öz işinə başlayan tədbir iki gün davam edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...