Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Basketbol üzrə U-16 millimiz İranda gümüş medal qazanıb

On altı yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi İran İslam Respublikasının Sarab şəhərində keçirilən beynəlxalq turnirində iştirak edib.

Mynews.az xəbər verir ki, dairəvi sistem üzrə 5 gün davam edən yarışda Azərbaycan millisi ilə yanaşı, İranın U-18 yığması, İraqın Süleymaniyyə şəhərinin komandası, Təbriz, Takestan və Sarab kollektivləri birincilik uğrunda mübarizə aparıblar.

İlk oyunda minimal hesabla İran millisinə məğlub olan millimiz digər dörd qarşılaşmada rəqiblərini inamla üstələyib.

Yekunda komandamız İran yığması ilə eyni xal toplayaraq şəxsi qarşılaşmada rəqibinə uduzduğuna görə, turnirin gümüş medalını qazanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...