Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

"Qalatasaray" Jan Olde Riekerinklə yollarını ayırmaq qərarına gəlib.
 
Mynews.az Fanat.Az-a istinadən xəbər verir ki, "Beşiktaş" və "Başakşəhər"in xal itirdiyi həftədə doğma meydanda "Kasyerispor"a yenilən klubun rəhbərliyi holland mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.
 
Artıq "Qalatasaray"ın yeni baş məşqçisi də müəyyənləşib. Türkiyə mətbuatının məlumatına görə, "Karabükspor"la uğurlu nəticələrə imza atan İqor Tüdorla anlaşma əldə olunub. Xorvat mütəxəssis vətənində olduğundan meneceri ilə "Türk Telekom Arena"da görüş keçrilib və 1,5 illik müqavilə razılaşdırılıb. 
 
İddia olunur ki, "Qalatasaray" Tüdorun "Karabükspor"la müqaviləsindəki bənddən yararlanacaq. Həmin bəndə əsasən qarşı tərəfə 150 min avro təzminant ödənəcək.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...