Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taekvandoçular beynəlxalq turnirdə 2 medal qazanıblar

Antalyada təşkil edilən taekvando üzrə “Turkish Open” beynəlxalq turnirində milli komandamızın üzvləri uğurla çıxış edərək daha iki medal qazanıblar.

Mynews.az xəbər verir ki, “G-2” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Azərbaycan millisinin üzvü Sina Bahrami (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Təmsilçilərimiz indiyədək turnirdə 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, ümumilikdə doqquz medal əldə ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...