Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Kopenhagen"dən UEFA-ya şikayət: - "Qarabağ"ın futbolçusu...

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” klubu UEFA-ya şikayət məktubu ünvanlayıb.

Danimarkalıların şikayəti ağdamlıları ötən gecə keçirilən matça kapitan kimi çıxaran Maksim Medvedevlə bağlıdır.

Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub.

“Kopenhagen”in yaydığı məlumata görə, Medvedevin dirsək zərbəsindən sonra Benqtssonun almacıq sümüyündə qançır yaranıb. Klub bu şikayətlə Maksimin cəzalandırılmasını istəyir.

Qeyd edək ki, UEFA da şikayət məktubunu aldıqlarını, məsələyə avqustun 17-də baxacaqlarını bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...