Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Almaniyada ilk dəfə qadın hakim kişilər arasında futbol üzrə çempionatı idarə edəcək

Qarşıdan gələn istirahət günlərində Avropa futbolunda tarixi hadisə baş verəcək. Almaniyada çempionat matçının baş hakimi qadın olacaq.

Mynews.az Report-a istinadən xəbər verir ki, bu şəxs Bibiana Ştaynhausdur.

O, Avropa çempionatının elit divizionunda çalışacaq ilk qadın hakim olacaq. Qeyd olunur ki, Ştaynhausun 38 yaşı var. O, polis zabitidir, eyni zamanda, 1999-cu ildən professional hakimdir. 

Bibiana qadın futbolunda maksimum uğura nail olub və Almaniya kubokunun finalını, 2011-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını və 2012-ci ildə Londonda qadınlar arasında Olimpiya yarışını idarə etməklə məşhurdur.

Ştaynhausun Bundesliqada əsas işi 10 il vaxt aparıb. O, 2007-ci ildən ehtiyat hakim kimi matçlarda işləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...