Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ" ÇL-nin qrupuna düşərsə: "Real", "Bavariya", "Çelsi"

UEFA Çempionlar Liqasında növbəti həftə qrupa vəsiqə qazanacaq komandaların adlarına tam aydınlıq gələcək. 

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq 22 komanda bəllidir. 

"Play-off"da oynayacaq 20 komandadan 10-u da qruplarda mübarizə aparacaq. 

Artıq birinci səbət də bəllidir. İlk səbətdə yer alan komandalar son ölkə çempionlarıdır. "Qarabağ" qruplara vəsiqə qazanacağı halda "Real", Bavariya", "Yuventus", "Çelsi" kimi komandaların biri ilə oynaya biləcək. 

Birinci səbət: "Real", "Bavariya", "Yuventus", "Benfika", "Çelsi", "Şaxtyor", "Monako", "Spartak".

Digər səbətlər: "Barselona", "Atletiko", PSj,  "Borussiya", "Mançester Siti", "Portu", "Mançester Yunayted", "Tottenhem", "Bazel", "Anderlext", "Roma", "Beşiktaş", "Feyenoord", "RB Leyptsiq".

Qrupa vəsiqə qazanacaq digər 10 komanda:

"Seltik" - "Astana" (ilk oyun - 5:0)
"Hapoel" Beyer-Şeva - "Maribor" (2:1)
"İstanbul Başakşehir" - "Sevilya" (1:2)
"Napoli" - "Nitsa" (2:0)
"Olimpiakos" - "Riyeka" (2:1)
"Qarabağ" - "Kopenhagen" (1:0)
"Yanq Boyz" - SSKA Moskva (0:1)
"Hoffenhaym" - "Liverpul" (1:2)
"Sportinq" - "Styaua" (0:0)
APOEL - "Slaviya" Praqa (2:0)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...