Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yığmamızın mərhum baş məşqçisini qovan referi ''Qarabağ''ın oyununa təyinat aldı - VİDEO

Futbol üzrə Çempionlar Liqasının “play-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”lə “Qarabağ” arasında keçiriləcək cavab oyununun baş hakimi Alberto Undiano Malyenko ilk dəfə bu komandaların matçına təyinat alıb.

Mynews.az report-a istinadən xəbər verir ki,, 2004-cü ildə FİFA dərəcəsi alan ispaniyalı referi bunadək Azərbaycan klublarından da heç birinin oyununda fit çalmayıb. Lakin, o, 2005-ci il iyunun 4-də Bakıya səfər edib.

İxtisasca sosioloq olan 44 yaşlı referi 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Polşa görüşündə söz sahibi olub. Həmin qarşılaşmada Azərbaycan yığmasının mərhum braziliyalı baş məşqçisi Karlos Alberto Torres ispaniyalı referinin qərarlarına kəskin formada etirazını bildirib. O, Malyenkonu rüşvət almaqda ittiham edib. Nəticədə baş hakim braziliyalı mütəxəssisi texniki zonadan kənarlaşdırıb. 0:3 hesablı məğlubiyyətlə yekunlaşan oyundan sonra isə Torres istefa verib.

Qeyd edək ki, avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda baş tutacaq “Kopenhagen” – “Qarabağ” görüşüı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...