Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arda Turan hansı klubda oynayacaq?

"Qalatasaray" bir müddətdi heyətinə qatmağa çalışdığı Arda Turanın transferi üçün növbəti addımlarını atmağa hazırlaşır. Mynews.az Fanat.az-a istinadən xəbər verir ki, türklər yaxın günlərdə "Barselona" rəhbərliyi ilə yenidən bir araya gələrək transferi bitirmək istəyir.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Ardaya oynamaq şansı vermir. Düzdü, "Betis"lə La Liqa matçında zədəlilərin çoxluğu səbəbindən türk futbolçunun adı "18-liy"ə daxil edilsə də, meydana çıxmayıb. Artıq Arda özü də "Barselona"da gələcəyinin olmadığını anlayır və "Qalatasaray"a dönməyə hazırlaşır.

"Qalatasaray" onu bir illik icarəyə götürmək istəyir və buna görə "Barselona"ya 3 milyon avro icarə haqqı, futbolçunun özünə 4 milyon avro maaş təklif edir. Kataloniyalılar Ardanı satmaq istədiyindən hələ ki, anlaşma əldə olunmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...