Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qara Qartal" Bakıya gəlir

İstanbulun "Beşiktaş" futbol klubu Azərbaycana gələcək.

Mynews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "Beşiktaş" gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, "qara qartallar" 3 günlük Azərbaycana gələcək.

Hazırda "Beşiktaş" rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.

Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...