Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Cənab Leytenant”ın bəstəcisi “Qarabağ”a himn həsr etmək istəyir - “Fikrim qətidir”

Dünən Ağdamın “Qarabağ” klubu Danimarka “Kopenhagen”i ilə qarşılaşmada sərfəli nəticə əldə edərək, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, yaşı yüzdən çox olan Azərbaycan futbol tarixinin hələlik, ən böyük uğurudur. “Qarabağ” qitənin 32 ən güclü komandası siyahısına adını yazdırmaqla, həm özünün, həm yığmamızın, həm də ölkəmizin reytinq xalını, həmçinin, klub büdcəsini artırmış oldu. Bundan əlavə, klubun “Qarabağ” brendi ilə çıxış etməsi mənfur düşmənlə informasiya müharibəsində çox böyük üstünlüyümüzə çevriləcək. Bir sözlə, “Qarabağ”ın qələbəsi əvvəlcə vətənpərvərlik, millilik hadisəsi, daha sonra isə idman qələbəsidir. Amma hamımızı birinci maddə daha çox maraqlandırır.

Onlarla məşhur hərbi marşların, vətənpərvərlik mövzulu mahnıların bəstəcisi, həmçinin, həmin mahnı mətnlərinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu Moderator.az-a açıqlamasında dünənki qələbədən sonra “Qarabağ”a aid himn, marş yazmaq ideyasının yarandığını bildirib:

“İnanın  ki,  dünən bu tarixi zəfəri qazandığımız an ürəyimdən belə bir fikir  keçdi. Bu səbəbdən də maraqlanıb baxdım, kiçik araşdırma etdim. Gördüm, “Qarabağ” komandası üçün bir himn yazılıb və Xatirə İslamın ifasında səsləndirilib. Amma mən yenə də bu fikirdəyəm. Qərarım qətidi”.

Qeyd edək ki, Şahin Musaoğlu Qarabağ müharibəsi zamanı hərbi həkim kimi fədakarlıqla döyüşməklə yanaşı, az qala, hamının əzbər bildiyi “Cənab Leytenant”, “İgid əsgər möhkəm dayan”, “Birinci batalyon” kimi onlarla hərbi-vətənpərvərlik mövzulu mahnı və marşların müəllifidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...