Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Barselona" Arda Turanla bağlı sürpriz qərar

"Barselona" Arda Turanla bağlı yeni qərar qəbul edib. Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubuna yaxınlığı ilə tanınan "Sport" qəzeti məlumat yayıb.

Qəzet iddia edib ki, "Barselona" Arda Turanı transfer haqqı tələb etmədən göndərəcək. Bildirilir ki, 2020-ci ilədək müqaviləsi olan türk futbolçunu müqaviləsini pozmağa razı salmaq mümkün olmayıb. Bu səbəbdən də onun transfer haqqı ödənilmədən göndərilməsinə qərar verilib.

İngiltərə mətbuatı isə Ardanın yeni klubunun adını açıqlayıb. İddiaya görə, türk futbolçu "Mançester Yunayted"ə keçəcək. İngiltərə klubu onu transfer haqqı ödəmədən heyətinə qatmaq istəyir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...