Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hakerlər Messini “Real”a “transfer” etdilər

Naməlum hakerlər “Real”ın Facebook və Twitter hesablarını sındıraraq “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin Madrid klubuna “transferi” barədə məlumat yerləşdiriblər.

Mynews.az-ın xəbərinə görə, bu barədə şənbə günü, avqustun 26-da,Goal.com nəşri məlumat verir.

Sosial şəbəkələrdə “Xoş gəlmisən Messi” yazıları yerləşdirilib. Paylaşımlara argentinalının “kral” klubunun qapısına vurduğu qollardan biri də əlavə edilib. 

Hücuma görə məsuliyyəti öz üzərinə OurMine haker qrupu götürüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...