Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Çempionlar Liqasında vətənsiz, qaçqın klub" - Almanlar "Qarabağ"dan yazdı

Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mediasının diqqət mərkəzinə düşüb.

Mynews.az-ın Qol.az-a istinadən məlumatına görə, Almaniyanın nüfuzlu “Die Welt” qəzetində dərc olunmuş “Çempionlar Liqasında vətənsiz, qaçqın klub” başlıqlı yazıda qeyd olunub ki, “Qarabağ” təkcə Ağdamın deyil, bütün Azərbaycanın qürurdur.

Yazını təqdim edirik:

“Qarabağ” (Ağdam) – bu komanda Çempionlar Liqasında çıxış edir. Dağlıq Qarabağ bölgəsini təmsil edən bu kiçik klub 1993-cü ildən ev oyunlarını Ağdamda keçirə bilmir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandasıdır.

“Kopenhagen”lə oyundan sonra vətənə qayıdan komandanı hava limanında minlərlə azarkeş qarşıladı. Onlar oxudu, rəqs etdi və qəhrəman futbolçularına dəstək verdilər. Azarkeşlər hələ “Kopenhagen”lə oyun başa çatan kimi Bakı küçələrinə çıxaraq komandalarının zəfərini qeyd etdilər.

1990-cı illərdən başlayan Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşüb və hələ də geri qayıda bilmir. “Qarabağ” isə “qaçqın” komanda adlanır. Klubun vətəni olan Ağdam o zamandan etibarən “ruhlar şəhərinə” çevrilib. “Qarabağ” klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionda qərarlaşıb. “Kopenhagen”lə oyundan sonra komandanın kapitanı Rəşad Sadıqov qürurla bildirib ki, biz çətin sınaqlardan keçmişik.

"Qarabağ" ardıcıl 4 il Azərbaycan çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsində oynamaq bu komanda üçün çətin olacaq. Klubun illik medcəsi 12 milyon avrodur. Bu, hər futbolçunun illik gəlirinin orta hesabla 480 min avro olması deməkdir. "Real"ın futbolçusu Kriştiano Ronaldo bu məbləği bir həftəyə qazanır. Baş məşqçi Qurban Qurbanov bundan sonra 1 və ya 2 futbolçu transfer edəcəklərini açıqlayıb. Qurbanov

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...