Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dembele "Barsa" ilə müqavilə bağladı - VİDEO

Dortmund "Borussiya”sının futbolçusu Usman Dembelenin "Barselona”ya keçidi rəsmiləşib.

Mynews.az-ın Kataloniya klubunun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı fransalı hücumçu bu gün müqaviləyə qol çəkib. Sözləşmənin müddəti barədə məlumat verilməyib. 

"Barselona”nın onun transferi üçün Dortmund təmsilçisinə 105 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, U.Dembele ötən mövsüm 50 matçda 10 qol vurub, 22 qolun ötürməsini verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...