Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DÇ-2017 – Daha üç cüdoçumuz medal uğrunda mübarizəyə qoşulur

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Mynews.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulacaq.

Kişilər

66 kq

Yığmamızın üzvü Nicat Şıxəlizadə mundiala 1/32 finaldan başlayacaq. Komandamızın bu çəkidəki lideri ilk cəhdində qazaxıstanlı Eldos Jumaxanovla (Qazaxıstan) üz-üzə gələcək.  

Qadınlar

52 kq

Bu çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunur. Mundiala 1/32 finaldan başlayacaq Buyanxişiq Purevsuren ilk görüşündə Natalya Kuzyutina (Rusiya) ilə güləşəcək.

Purevsuren kimi, Nəzakət Əzizovanın da Budapeştdə debütü 1/32 finala təsadüf edəcək. Həmyerlimiz İkram Sukate (Mərakeş) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının ilk gününü gümüş medalla başa vurub. Komandamızın heyətində Orxan Səfərov (60 kq) ikinci yeri tutub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...