Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Üçqat dünya çempionumuz mükafatlandırıldı - FOTO

Xəbər verdiyimiz kimi, güləşçilərimiz dünya çempionatından vətənə medallarla qayıdıblar.

Ən sevindirici hadisə isə sərbəst güləş üzrə milli komandanın üzvü, olimpiya mükafatçışı Hacı Əliyevin 3-cü dəfə dünya çempionu olması və tarix yazmasıdır.

Üçqat dünya çempionu kimi vətənə qayıdan Hacı Əliyev “ARTPAK MMC”-nin kollektivi ilə görüşüb.

Görüş səmimi söhbətlə davam etdirilib. Şirkət rəhbərliyi idmançımızı növbəti zəfər üçün təbrik edib və öz mükafatını təqdim edib.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov da iştirak edib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...