Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2016/2017 avrokubok mövsümünün ən yaxşı qolu - VİDEO

2016/2017 avrokubok mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Mynews.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın “Yuventus” komandasının hücumçusu Mario Mancukiçin Çempionlar Liqasının (ÇL) finalında İspaniya təmsilçisi “Real Madrid”in qapısına vurduğu qol ən yaxşı seçilib.

Azarkeşlərin iştirak etdiyi səsvermədə M.Mancukiçin qolu səslərin 26 faizini toplamaqla qalib olub. İkinci yeri “Fənərbağça”nın forvardı Musa Sounun Avropa Liqasının qrup mərhələsində İngiltərə “Mançester Yunayted”inə vurduğu qol tutub (25 faiz). “Real Madrid”in yarımmüdafiəçisi Kazemironun ÇL-də “Napoli”yə vurduğu qol isə 3-cü olub (20 faiz).

Qeyd edək ki, xorvatiyalı futbolçu final matçının 27-ci dəqiqəsində vurduğu dəqiq zərbə ilə hesabı bərabərləşdirsə də, “Yuventus” “Real Madrid”ə 1:4 hesabı ilə uduzub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...