Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çempionlar Liqası: “Bavariya” “Arsenalı” darmadağın etdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub. Mynews.az Apasport.az saytına istinadən verdiyi məlumatına görə, görüşlər Münhendə və Madriddə oynanılıb.

“Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edib.

Münhendə baş tutan qarşılaşmada meydan sahibləri qələbəyə seviniblər. "Bavariya"nın 5 qol vurduğu oyunda "Arsenal"ın gücü yalnız bir qola çatıb. Əvvəlcə Robben hesabı açıb. Aleksis Sançez bərabərliyi təmin etsə də, ikinci hissədə Levandovski, Müller və Tyaqonun (2) qolları cavab qarşılaşması öncəsi Karlo Ançelottinin yetirmələri üçün böyük üstünlük yaradıb.

“Real” – “Napoli” qarşılaşmasında da ev sahibləri seviniblər. Hesabı qonaqlar açsa da, "kral" klubu bunun cavabını artıqlaması ilə qaytarıb. Benzema, Kross və Kazemiro ispanları sevindirən qollara imza atıblar. İtalyanların cavab qarşılaşması öncəsi son ümidi isə səfərdə vurduqları qoldur.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

15 fevral

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Robben, 11, Levandovski, 53, Tyaqo Alkantara, 56, 63, Müller, 88 - Aleksis Sançez, 30 

Real” (İspaniya) – “Napoli” (İtaliya) - 3:1

Qollar: Benzema, 19, Kross, 49, Kazemiro, 54 - İnsinye, 8

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...