Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Transfer pəncərəsi bağlandı - Arda Turan harda oynayacaq?

Avropada transfer pəncərəsi ötən gecə rəsmən bağlandı. Transferin son günündə bir çox futbolçunun başqa kluba keçidi rəsmiləşsə də, Arda Turanla bağlı heç bir yenilik baş vermədi.

Bütün yay boyu türk futbolçunun "Barselona"nı tərk edəcəyi ilə bağlı məlumatlar yayıldı. Ona İngiltərənin "Arsenal", İtaliyanın "İnter", Fransanın "Monako" və Türkiyənin "Qalatasaray" klubundan təkliflər olduğu bildirilirdi. Həmçinin Çinin adı açıqlanmayan bir klubundan fantastik məbləğdə transfer təklifi aldığı deyilirdi.

"Barselona"nın yeni baş məşqçisi Ernesto Valvarde türk futbolçuya oynamaq şansı vermir. Baş məşqçinin onu komandada saxlamaq istəmədiyi bəllidi və bu barədə klub rəhbərliyinə məlumat verib. "Barselona" da Arda Turanı satmaq niyyətində idi. Lakin tələb olunan transfer məbləği ödənilmədiyindən transferi baş tutmadı.

Qeyd edək ki, "Barselona" Arda Turanı 2015-ci ildə "Atletiko"dan 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...