Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərbəst güləş üzrə dünya kuboku yarışları start götürü - FOTOLAR

Fevralın 16-da İranın Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları start götürüb.

Mynews.az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasından bildirilib ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.

İki gün davam edəcək turnirin görüşlərinin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurublar. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olublar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...