Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi haştaqları ictimaiyyətə elan edilib

Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi haştaqları ictimaiyyətə elan edilib.

Mynews.az xəbər verir ki, təqdim olunan haştaqların hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib haştaqların yerləşdirilməsi kifayətdir. Belə ki, ən maraqlı şəkillər seçilərək “Bakı-2017”nin Facebook səhifəsində (@Baku2017) paylaşılacaq.

Rəsmi haştaqlar arasında #Baku2017, #TeamSolidarity, #BakuMascots, #Baku2017Tickets, #DiscoverBaku və #MyBaku2017 yer alır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...