Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DÇ-2018: Türkiyədən vacib qələbə – VİDEO - VİDEO

Futbol üzrə Türkiyə yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Xorvatiya komandasını minimal hesabla məğlub edib.

Mynews.az-ın Oxu.az-a istinadən məlumatına görə, “Əskişəhər” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 75-ci dəqiqədə Cenk Tosun vurub. 

I qrupunun digər oyununda İslandiya Ukraynanı (2:0), Finlandiya isə Kosovonu (0:1) məğlub edib.

Bu qələbədən sonra xallarını sayını 14-ə çatdıran Türkiyə qrupda Ukrayna ilə üçüncü və dördüncü yerləri bölüşdürür. 

Mirko Luçekonun yetirmələri Xorvatiya və İslandiya yığmalarından 2 xal geri qalırlar.

D qrupunda Avstriya yığması gözlənilmədən doğma meydanda Gürcüstanla bərabərliyə qalıb - 1:1.  Serbiya və Uels isə səfərdə müvafiq olaraq İrlandiya və Moldova komandalarını məğlub ediblər.

Gecənin ən böyük hesabı isə Lüksemburqda qeydə alınıb. Meydan sahibləri İspaniya yığmasına 0:8 hesabı ilə uduzublar. G qrupunun digər oyunlarında Makedoniya və Albaniya bərabərliyə qalıblar (1:1), İtaliya isə İsraildən üstün olub (1:0).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...