"Kopenhagen"in məşqçisi qovuldu - "Qarabağ"a görə
Danimarkanın "Kopenhagen" futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.
40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib.
Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.
Solbakken hazırkı vəziyyətdə ən düzgün qərarı verdiklərini bildirib. O, qərarın nəticələrlə yox, gündəlik məşqlərin məzmunu və Priskenin taktiki hazırlıqla bağlı qərarların qəbulunda öz üzərinə daha böyük məsuliyyət götürmək istəyi ilə əlaqədar qəbul olunduğunu açıqlayıb.
Lakin Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib. "Kopenhagen" "play-off" mərhələsində iki oyunun yekununda (0:1, 2:1) "Qarabağ"a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, Mikael Antonsson həm də komandanın futbolçusudur. Brian Priske isə "Kopenhagen"də 2016-cı ildən çalışırdı.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 995 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 958 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 948 dəfə oxunub