Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” –“Roma” matçına nə qədər bilet satılıb?

Ötən gün saat 17:00-dan etibarən “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın biletləri satışa çıxarılıb. 

“Qarabağ” FK-nın mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, ilk gündə təxminən 3000 bilet satılıb. 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Satış məntəqələri:

Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökumət evinin arxası)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...