Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Beynəlxalq Paralimpiya Komitəsinə yeni prezident seçilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Beynəlxalq Paralimpiya Komitəsinə (IPC) prezident seçkisi keçirilib. 

Mynews.az-ın məlumatına əsasən, bu barədə Report qurumun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir.

40 yaşlı funksioner bu postda 67 yaşlı britaniyalı Filip Kreyveni əvəzləyib. Namizədlər arasında kanadalı Patrik Jarvis, danimarkalı Yon Petersson və çinli Haydi Çjan da olub. Onlar müvafiq olaraq 12, 19 və 47 səs toplayıblar. Bunadək İPC-nin vitse-prezidenti olan E.Parsons isə 84 səs alıb.

Çin nümayəndə heyəti səsvermədən dərhal sonra etirazını bildirib. Onlar səsvermə zamanı səhvə yol verildiyini söyləsələr də, etiraz qəbul olunmayıb.

Qeyd edək ki, Filip Kreyven 2001-ci ildən quruma rəhbərlik edirdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...