Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan güləşçiləri ABŞ yığmasına qarşı - FOTOLAR

İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.

Mynews.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Növbəti görüşdə millimizin rəqibi ABŞ idmançılarıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...