UEFA reytinqi - "Qarabağ" "Milan"dan öndə
UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycanın da 7 klubu yer alıb. Bunlar “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”dır.
Cədvəldə ən yaxşı göstərici “Qarabağ”dadır. Ağdam təmsilçisi 18,500 xalla 67-ci pillədə qərarlaşıb. “Qəbələ” 5,250 xalla 184-cü sıraya düşüb. Qalan 5 klubumuz isə 241-ci sıranı bölüşürlər. “Neftçi”nin hesabında 3,250, “İnter”in hesabında 2,500, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”da isə 0,500 reytinq xalı var.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, İspaniyanın “Atletiko” (Madrid) klubu 117,000 xalla 2-ci, İngiltərə çempionu “Çelsi” 70,000 xalla 14-cü, İtaliya təmsilçisi “Roma” isə 44,000 xalla 31-cidir.
Azərbaycan çempionunun yeni reytinq cədvəlində qabaqladığı komandalar sırasında məşhur “Milan”, “Trabzonspor”, “Dinamo” (Zaqreb), “Everton”, “İnter”, “Rubin”, “Dinamo” (Moskva), “Olimpik” (Marsel), BATE və “Böyük beşlik” ölkələrinin başqa xeyli təmsilçisi də var.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub