Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ" - "Roma" oyunu üçün satılan biletlərin sayı açıqlandı

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya təmsilçisi “Roma” ilə matç üçün bilet satışı davam edir.

Mynews.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, satılan biletlərin sayı 45 minə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək “Qarabağ” - “Roma” matçı saat 20:00-da başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...