Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bərzani təkid etsə, İraq ordusu Kərkükə girə bilər - Xəbərdarlıq

İraq Türkmən cəbhəsinin lideri “İraq Kürd Muxtar Vilayəti referendum məsələsində təkidini davam etdirərsə, İraq ordusu Kərkükə girə bilər” açıqlamasını verib.

Mynews.az xarici mediaya istinadən xəbər verir ki, Türkmən lider Ərşad Salihi jurnalistlərin suallarını cavablayıb.

Salihi Kərkük valisinin vəzifədən azad edilməsinin iddia edildiyinin əksinə, referendumla heç bir əlaqəsinin olmadığını, valinin qanunsuz fəaliyyətlərinə görə kənarlaşdırıldığını söyləyib. Peşmərgənin Kərkükə yığılması ilə bağlı suala “türkmən və ərəblərə təzyiq etmək üçün bu addımı atırlar” cavabını verib. Salihi Bərzaninin referendum məsələsində təkid edəcəyi təqdirdə Bağdadın buna mütləq reaksiya verəcəyini, sadəcə İraq ordusunun deyil, Həşdi Şəbinin də Kərkükə girə biləcəyini bildirib.

“Bərzani referendumu təxirə sala bilərmi?” sualına, “Referendumun keçirilməsi mümkün deyil, Bərzaninin bu qədər təkid etməsinin səbəbi Bağdad hökumətindən bəzi imtiyazlar qoparmaq istəyidir” deyib.

Türkmən lider həmçinin Təlabaninin partiyası- KYB-nin referendumun yanlış qərar olduğunu anladığını da bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...