Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

UEFA-dan Bakı haqqında açıqlama

UEFA bu gün 2018-2019 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların açıqlayıb.

Çempionlar Liqasının finalı Madriddəki "Vanda Metropolitano" arenasına, Avropa Liqasının həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı "Vodafon Park" Arenada keçiriləcək.

Qitə futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də müəyyənləşdirib.

UEFA-nın saytında yer alan məlumatda Super Kubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...