Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qəbələ”nin futbolçusu komanda yoldaşına yumruq vurdu, qırmızı vərəqə aldı - FOTO

Topaz Premyer Liqasının 6-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

Final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib.

Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.

Matçdan sonra Ruslan Qurbanov Stiven Monrozla dava haqqında danışıb:

“Monroz tək driblinq edirdi. Ona dedim ki, sən driblinqi cərimə meydançasında edə bilərsən, amma kənarda tək deyilsən. Oyundan sonra bunu dedim, ağzıma yumruqla vurdu və dedi ki, “ağzını yum”. Sonra isə vəziyyət göründüyü kimi oldu”.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da məsələyə münasibət bildirib və məsələnin aydınlaşdırılacağını bildirib.

Qafqazinfo.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...