Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qəbələ"nin futbolçuları arasında davanın görüntüləri yayıldı

Azərbaycan Premyer Liqasının VI turunun son matçında xoşagəlməz insident baş verib.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə oyundan (2:1) sonra "Qəbələ"nin futbolçusu Ruslan Qurbanovla komanda yoldaşı Stiven Jozef-Monroz arasında gərgin anlar yaşanıb.

Belə ki, “Qəbələ”nin futbolçuları arasında dava düşüb. Fariz Yusifovun final fitini səsləndirməsindən sonra Ruslan Qurbanov komanda yoldaşı Steven Monrozun üzərinə yeriyib. Legioner futbolçu isə ona yumruq atıb. Futbolçuların davası sonda Monrozun qırmızı vərəqə alması ilə nəticələnib. 

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov  matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...