Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” - “Roma” matçının start heyətləri açıqlandı - Yenilənir

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.   Mynews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, "Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi İtaliyanın "Roma” klubunu qəbul edəcək.   Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.   Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılıb.   Qeyd edək ki, qrupun digər oyununda "Atletiko” "Çelsi”ni qəbul edəcək.     Çempionlar Liqası   Qrup mərhələsi,   2-ci tur C qrupu     20:00. "Qarabağ” (Azərbaycan) – "Roma” (İtaliya)   Baş hakim: Artur Dias   Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares   Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro   Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)   Hər iki klubun heyətləri açıqlanıb.   "Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov   Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana   Baş məşqçi: Qurban Qurbanov      "Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi   Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30.   Gerson Baş məşqçi: Eysebio Di Françesko
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...