Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda daha bir İDMAN OYUNLARI keçiriləcək

Bakıda Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq

 25-26.03.2017 tarixdə Bakı şəhərində Şağan Olimpiya İdman Kompleksində Kempo üzrə ikinci Asiya oyunları təşkil olunacaq. Yarışda 17 Asiya ölkəsinin iştirakı gözlənilir. Yarış Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu tərəfindən təşkil olunur. Yarışın məqsədi Asiyada və Dünyada Kempo döyüş sənətinin təbliğatı, dövlətlər arasında dostluq və əməkdaşlığı genişləndirməkdir. Xarici idmançıların iştirakı ilə birgə Azərbaycan Kempoçularının da iştirakı gözlənilir. Yarış uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Oyunlar Kempo Full, Kempo Submission (Grappling Gi-NoGi), Kempo Semi, Self Defens (özünümüdafiə), Kempo PRO versiyaları üzrə keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...