Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

Bu gün Azərbaycan yığması 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. 

Mynews.az goal.az-a istinadən vəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığması ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi Azərbaycan millisi 6:0 hesabı ilə məğlub olub. Birinci hissədə meydanı 4:0 hesablı qələbə ilə tərk edən irlandiyalı futbolçular fasilədən sonra Azərbaycan yığmasının qapısından daha 2 cavabsız top keçiriblər. İrlandiya yığmasının heyətində 9 nömrəli hücumçu Adam Uche İdah het-trikə imza atıb. 

Millimiz ilkin seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukrayna yığmasına qarşı keçirəcək. 

Qeyd edək ki, bu dəqiqələrdə başlayan qrupun digər oyununda meydan sahibləri Bolqarıstan yığması Ukrayna millisi ilə qarşılaşır.

10 oktyabr

XI qrup

İrlandiya U-17 -  Azərbaycan U-17 - 6:0

Qollar: A.Uche İdah 6, 24, 58, Brennan 36, M.Murphy 38, T.Samuel Wright 43, M.Walsh 49, S.Mahon 57.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...