Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maskerano “Barselona”dan gedir? - Mövsümün sonunda...

"Barselona"nın müdafiəçisi Xavyer Maskerano klubdan ayrılmaq barədə düşünür.

Mynews.az komanda.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Marka"ya açıqlamasında cari mövsümdə az şans qazandığını, buna görə, mövsümün sonunda klubdan ayrıla biləcəyini bildirib:

"Bu mövsümdə "Barselona"da az şans qazanıram. Buna baxmayaraq, həmişə meydana çıxmağa hazır oluram. Mənim hələ Kataloniya klubuyla müqaviləm var. Mövsümün sonunda qərar verəcəm. Hələ ki, burdakı gələcəyimlə bağlı heç kimlə danışmamışam. "Barselona"da mənə həmişə komandada olmağımdan xoşbəxt olduqlarını deyirlər. Lakin məncə, fikirləşmək üçün vaxtdı".

Maskerano 2010-cu ildən "Barsa"nın şərəfini qoruyur. O, cari mövsümdə cəmi 5 oyunda şans qazanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...