Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Zirə" "Kəpəz"ə, "Qəbələ" "Sumqayıt"a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında II dövrənin ilk turunun daha 2 oyunu keçiriləcək.

Mynews.az xəbər verir ki, "Kəpəz" "Zirə"nin, "Qəbələ" isə "Sumqayıt"ın qonağı olacaq.

İlk qələbəsini ötən tur əldə edən Gəncə klubu paytaxtdan da xalla dönmək əzmindədir. Şahin Diniyevin komandası son pillədən qurtulmaq üçün mütləq səfərdən məğlubiyyətsiz ayrılmalıdır. Meydan sahibləri isə məğlubiyyətsizliyini sürdürmək əzmindədir. 

“Qəbələ” və “Sumqayıt” sonuncuların meydanında qarşılaşacaq. Samir Abbasovun yetirmələri ardıcıl 5 matçda top vurduğundan, qəbələlilər isə bu rəqiblə bütün görüşlərdə fərqləndiyindən azarkeşləri qollu qarşılaşmaya şahidlik edə bilər. Son qarşılaşmalarda qapısında qol görən Roman Qriqorçukun yetirmələri xoşagəlməz seriyanı dayandırmaq üçün mübarizə aparıb, ötən turdakı məğlubiyyəti unutdurmalıdır.

Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Neftçi" matçı ilə  yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VIII tur

14 oktyabr (şənbə)

16:00. “Zirə” – “Kəpəz”

Zirə İdman Kompleksinin stadionu

18:00. “Sumqayıt” – “Qəbələ”

Sumqayıt. Şəhər stadionu  

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

7

5

1

0

13-3

19

2

Zirə

7

4

3

0

12-5

15

3

Qəbələ

7

4

1

2

7-8

13

4

Sumqayıt

7

3

1

3

8-10

10

5

İnter

8

2

2

4

7-10

8

6

Səbail

6

2

0

4

4-8

6

7

Neftçi

7

1

1

5

5-9

4

8

Kəpəz

7

1

1

5

5-11

4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol

Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə"), Baqali Dabo ("Qəbələ"), Amil Yunanov ("Sumqayıt"), Dino Ndlovu ("Qarabağ") hərəyə - 3 qol

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...