Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Neftçi" 10 nəfərlə 4:0 hesablı qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında VIII tur yekublaşıb.

Mynews.az  xəbər verir ki, turun son oyununda "Neftçi” "Səbail”lə üz-üzə gəlib.

İlk dövrədə minimal hesabla uduzduğu rəqibi məğlub etmək Tərlan Əhmədovun komandasının turnir cədvəlində irəliləməsini şərtləndirə bilərdi ki, "ağ-qaralar" bunun öhdəsindən gəlib. İlk qələbəsini ötən tur qazanan  "Neftçi" bu dəfə rəqibini darmadağın edib - 4:0.

Hesabı 17-ci dəqiqədə Iqnasio Herrera açıb. 32-ci dəqiqədə Uqo Barqas fərqlənib. 65-ci dəqiqədə Rəhman Hacıyev fərqi 3 topa çatdırıb. 77-ci dəqiqədə isə Barqas dublunu rəsmiləşdirərək oyunun yekun nəticəsini müəyyənləşdirib. "Neftçi" matçın son dəqiqələrini azlıqda keçirib. Belə ki, Derlis Meza Kolli 84-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, "Səbail" təsəlli qolunu vura bilməyib.

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" "Kəpəz"i 3:0, "Qarabağ" "İnter"i 2:0, "Qəbələ" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.

Premyer Liqa

II dövrə, VIII tur

15 oktyabr 

Səbail - Neftçi 0:4

Qollar: İqnasio Herrera,17. Uqo Barqas, 32; 77. Rəhman Hacıyev, 65.

Qırmızı vərəqə: Derlis Meza Kolli, 84. 

Bakı. "Dalğa Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

7

6

1

0

14:3

19

2

Zirə

8

5

3

0

15:5

18

3

Qəbələ

8

5

1

2

11:8

16

4

Sumqayıt

8

3

1

4

8:11

10

5

İnter

8

2

2

4

7:11

8

6

Neftçi

8

2

1

5

9:9

7

7

Səbail

7

2

0

5

4:12

6

8

Kəpəz

8

1

1

6

5:14

4

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə), Riçard Qadze (Zirə) - 4.

Qaynarinfo.Az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...