Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı

İspaniyanın məşhur “Mundo Deportivo” idman nəşri kobud səhv buraxıb.

Mynews.az yerli KİV-ə istinadən xəbər verir ki, nəşr “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” adlandırıb.

“”Çolo”nun uşaqları (“Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – qeyd.) ötən gecə erməni “Qarabağ”ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq “Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi”, - yazıda bildirilir.

Xatırladaq ki, “Qarabağ”-“Atletiko” matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...