Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldo 300 nəfərin müalicə xərcini ödədi

Futbol üzrə Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" komandasının hücumçusu Kriştianu Ronaldo xeyirxah addımı ilə pərəstişkarlarını növbəti dəfə sevindirib.

Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, xeyirxahlığı və yardımsevərliyi ilə tanınan ulduz futbolçunun ölkəsində baş vermiş yanğın nəticəsində xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub. K.Ronaldonun bacısı Katya Aveyru "Facebook" səhifəsində bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...