Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyanın Formula-1 üzrə yeganə pilotu komandadan kənarlaşdırıldı

Formula-1 üzrə dünya çempionatının iştirakçılarından olan İtaliyanın “Toro Rosso” komandası rusiyalı pilot Daniil Kvyatı heyətdən kənarlaşdırıb. 

Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Avstriya “Red Bull”unun məsləhətçisi Helmut Marko bildirib. Marko Kvyatı uzunmüddətli perspektivdə düşünmədiklərini və onun bir daha komandaya qayıtmayacağını söyləyib. O bildirib ki, 27 - 29 oktyabrda Meksikada keçiriləcək Qran-Pridə “Torro Roso” Pyer Qasli və Brendon Hartlinin xidmətindən yararlanacaq.

Kvyat daha əvvəl qeyri-kafi nəticələr səbəbi ilə Malayziya və Yaponiya Qran-Prilərində heyətdə yer almayıb. O, 20-22 oktyabrda ABŞ-da təşkil olunan növbəti mərhələdə trasa qayıtsa da, finişə 10-cu çatıb.

Qeyd edək ki, “Toro Rosso” “Red Bull”un kiçik komandasıdır. Formula-1-də yeganə rusiyalı pilot olan Daniil Kvyat 2010-cu ildən İtaliya təmsilçisinin uğurları üçün çalışırdı. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...