Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Liderin izləyiciləri üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.

Mynews.az xəbər verir ki, ikinci oyun günü “İnter Arena”da başlayacaq.

Turnir cədvəlinin son iki pilləsində qərarlaşan komandaların duelində tərəflər qələbə üçün döyüşəcək. “İnter” cari mövsümdə ikinci dəfə qəbul etdiyi “Kəpəz”i yenib, ən azı 1 pillə irəliləmək niyyətindədi. Zaur Svanadzenin yetirmələri bununla da 5 turluq qələbə həsrətinə son qoymağa çalışacaq.

Autsayderlərin savaşına ümidlə yanaşan qərblilər rəqibi ilə xal fərqini azaltmağa çalışacaq. Şahin Diniyevin yetirmələri mövsümdə ikinci qələbəsini qazansa, “İnter”lə xal fərqini minimuma endirəcək.

Turun mərkəzi görüşü Zirədə baş tutacaq. Liderin iki ən yaxın izləyicisi üz-üzə gələcək. Ötən turadək məğlubiyyət nə olduğunu bilməyən “Zirə” “Qəbələ”ni sınağa çəkəcək.

“Qarabağ”ın izləyiciləri turu itkisiz keçməyə borcludu. Ayxan Abbasovun yetirmələri ardıcıl ikinci uğursuzluqla durumunu pisləşdirmiş olacaq. Növbəti turda “Neftçi” ilə çətin oyunu olan qəsəbə klubu xal ehtiyatını indidən artırmalıdı. Roman Qriqorçukun yetirmələri isə “Qarabağ” üzərində qələbənin davamını gətirmək üçün səfərə qələbə üçün yollanıb.

Azərbaycan Premyer Liqası

X tur

28 oktyabr (şənbə)

15:00. “İnter” – “Kəpəz”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

“İnter Arena”

17:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Vüsal Əliyev

Zirə İdman Kompleksinin stadionu

Turnir cədvəli 

1

Qarabağ

9

7

1

1

15-4

22

2

Qəbələ

9

6

1

2

12-8

19

3

Zirə

9

5

3

1

16-7

18

4

Sumqayıt

9

4

1

4

10-12

13

5

Neftçi

9

3

1

5

10-9

10

6

Səbail

9

3

0

6

5-13

9

7

İnter

9

2

2

5

7-12

8

8

Kəpəz

9

1

1

7

5-15

4

Bombardir: Mahir Mədətov ("Qarabağ") – 5 qol.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...