Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Formula -1 pilotu dördüncü dəfə dünya çempionu oldu

“Merсedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə dördqat dünya çempionu olub.

Mynews.az-ın APA-ya istinadla xəbərinə görə, 32 yaşlı britaniyalının növbəti qələbəsi Meksika Qran-Prisində rəsmiləşib. Finiş xəttini 9-cu keçən S.Hemilton yarışların yekunlaşmasına iki mərhələ qalmış 333 xalla ilk yeri təmin edib.

Mexikoda baş tutan yarışın qalibi isə “Red Bull”un hollandiyalı pilotu Maks Ferstappen olub.  Finlandiyalı Valtteri Bottas (“Mercedes”)  ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykkonen isə üçüncü yerin sahibi olub. 

Ümumi hesabda ikinci pillədə 277 xalla almaniyalı Sebastyan Fettel (“Ferrari”), üçüncü də isə 262 xalla Bottas qərarlaşıb.

Formula-1-in son iki mərhələsi Braziliya və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...