Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qarabağ"ın fan-klubu üsyan etdi - "Kamilin o təyyarədə nə işi var?"

"Qarabağ"ın tanınmış fanklubu "İmarət" bu gün sosial şəbəkələrdə müzakirəyə səbəb olan Kamil Zeynallının hərəkətlərinə cavab verib.

AZXEBER.COM xəbər verir ki, açıqlamada baş verənlərin "Qarabağ"ın nüfuzunu zədələdiyi qeyd olunub:

"Maraqlı hadisələr olur və biz artıq reaksiyasız qala bilmərik. Əziz dostlar, "İmarət" kimi Qarabağımızın çalışırıq ki, hər matçında iştirak edək.Son vaxtlar Avropa ölkələrindəki oyunlarda təmsil olunmağımız bizə həm maddi həm də təşkilati cəhətdən ciddi problemlər yaradır.Amma Allaha şükür ki, bacarırıq bunları həll etməyi və ən az 4-5 nəfər Bakıdan azarkeş göndərə bilirik. Misal üçün deyə bilərəm ki, sonuncu dəfə ölkəmizdəki Fransa səfirliyi azarkeşlərimizdən 9 nəfərin viza müraciətindən yalnız birinə müsbət cavab verdi.Bu məsələlərlə bağlı müxtəlif çətinliklərdən danışmaq olar. Düzdür, "Qarabağ" rəhbərliyi mümkün qədər öz dəstəyini əsirgəmir.

Ancaq... Bayaq Kamildi, kimdi onun video görüntüsü çıxdı qarşıma, təyyarədə olan. Mən anlamıram, onun həmin təyyarədə nə işi var, hansı hərəkətinə və xidmətlərinə görə Çempionlar liqasında oynayan peşəkar komandanın heyəti ilə səfərə gedir ? Bu bir tərəfə, üstəlik qeyri-etik hərəkətlərini hər kəsə nümayiş etdirərək, bizim nüfuzumuzu zədələyir. "Qarabağ" kimin üçünsə əyləncə və istirahət anlamına niyə gəlməlidirki? 

Ümumiyyətlə Komanda zəif oynayanda heç onun adını bilməyənlər, indi gəlib sevincə həmşərik olmaq istəyir.Təbii ki, bu hallar məni və digər çiyindaşlarımı narahat edir.

P.S Əvvəllər demək olar hər həftə klubun işçiləri ilə müəyyən təşkilati məsələlərlə bağlı əlaqə yaradırdıq və demək olar hər kəsi tanıyırdıq.İndi birdən "Vallah iş çoxdu" sözlərini eşidib, onları da başa düşürük. Həmin işləri çoxaldan Kamil kimiləridi bəylər. Bizlər iş az olanda da burdaydıq!"

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...